Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Biləsuvarda ictimaiyyət nümayəndələri və rayon ərazisində məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb. TQDK-dan SİA-ya verilən xəbərə görə, M.Abbaszadə çıxışında vurğulayıb ki, xalqımızın ən çətin günlərində onun xilaskarı və müasir Azərbaycanın banisi olmuş Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı olan möhtərəm Prezident İlham Əliyev hələ 2003-cü ildə Cenevrə şəhərində keçirilən Ümumdünya sammitində "Qara qızılı insan kapitalına çevirək" devizini səsləndirib. O bildirib ku, bu gün cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, neft amilindən asılılığın azaldılması, biznes mühitinin yaxşılaşdırılması sayəsində ölkə iqtisadiyyatının dünyada gedən qlobal proseslərin mənfi təsirinə dayanıqlığını təmin etmək mümkün olub. Qeyd olunub ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası ölkənin, o cümlədən ayrı-ayrı regionların inkişafı üçün böyük imkanlar yaradır. M.Abbaszadə göstərib ki, xalqımız hər bir çətinliyə yalnız ölkə rəhbərliyinin ətrafında birləşərək öz təhsili, zəhməti, yüksək mənəviyyatı sayəsində sinə gələ bilər.

Görüşdə iştirak edən ictimaiyyətin nümayəndələri qeyd ediblər ki, gəlirlərin azalmasına baxmayaraq əhalinin sosial müdafiəsi gücləndirilir, əmək haqları, sosial müavinətlər, pensiyalar artırılır. Bundan başqa, görüşdə Biləsuvar və Cəbrayıl rayonlarının şagird və abituriyentlərinin buraxılış və qəbul imtahanlarında göstərdikləri nəticələr, əldə etdikləri uğurlar barədə danışıldı, məcburi köçkünlərin son on ildə ali məktəblərə qəbul olma faizinin xeyli artması diqqətə çatdırıldı. Çıxış edənlər yaradılmış şəraitə, göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq edib, həmişə olduğu kimi, bundan sonra da bu qayğıya əməli işləri ilə cavab verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB