Mikayıl Cabbarov qəbul keçirəcək

Mikayıl Cabbarov qəbul keçirəcək

Təhsil naziri Mikayıl Cabbarov fevralın 8-də Qobustan şəhərindəki Gənclər Mərkəzində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 1, 2, 3, 4 və 5 fevral tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/requestelektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə