Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə yanvarın 29-da Biləsuvar rayonundakı Heydər Əliyev Mərkəzində Biləsuvar, Yardımlı, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Astara rayonlarından olan vətəndaşları qəbul edib. TQDK-dan SİA-ya verilən xəbərə görə, qəbulda Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lerik , Yardımlı rayonlarının və Lənkəran şəhərinin sakinləri iştirak ediblər.
Görüşlə bağlı vətəndaşlara kütləvi informasiya vasitələri və Komissiyanın internet resursları vasitəsilə öncədən məlumat verilib. Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytında, TQDK-nın Lənkəran Regional Bölməsində və müvafiq rayonların təhsil şöbələrində qeydiyyatı aparılıb.
Komissiya sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Biləsuvar rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzüb.
Görüş zamanı vətəndaşlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydaları, buraxılış imtahanları, sınaq imtahanlarının sayının artırılması, elmi-metodiki seminarlar və s. məsələlərə dair TQDK-nın sədrinə rəy və sorğularını bildirmişlər. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
Qeyd edək ki, qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da Komissiya sədri M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB