TQDK-dan xəbərdarlıq Saxtakarlıq var

TQDK-dan xəbərdarlıq Saxtakarlıq var

"Son vaxtlar müəyyən qüvvələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhərində, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar". Bu barədə SİA-ya TQDK-dan bildirilib.

Məlumata görə, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir: "Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır".

Bütün xəbərlər Facebook səhifəmizdə