AMEA-nın Rəyasət Heyətinin qərarı ilə AMEA-nın nəzdində Multikulturalizm problemləri üzrə institutlararası elmi tədqiqat virtual mərkəzi təsis ediləcək. SİA-nın verdiyi xəbərə görə, 2016-cı ildə AMEA, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun iştirakı ilə "Dünya multikulturalizm modelləri" mövzusunda lektoriya təşkil olunacaq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi ilə birgə "Multikulturalizm ensiklopediyası" hazırlanacaq. Bundan əlavə, akademiyada fəlsəfə doktoru və elmlər doktoru hazırlığı proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlara multikulturalizm üzrə elmi tədqiqat mvzularının verilməsi nəzərdə tutulub. Bunlar barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yanvarın 27-də keçirilən iclasında AMEA-nın Prezidenti Akif Əlizadə məlumat verib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev "Multikulturalizmin elmi-nəzəri əsaslarıvə Azərbaycan reallığında inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış edib.
Kamal Abdullayev Ümummilli Lider Heydər Əliyevin multikulturalizmin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb: "Ulu Öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin banisidir"- deyən natiq Ümummilli Liderin Azərbaycanın əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdiyini, onu keyfiyyətcə yeni müstəviyə keçirdiyini söyləyib.
Dövlət müşaviri ölkədə multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini və bu sahədə uğurlu siyasətin aparıldığını bildirib. Ölkə başçısı İlham Əliyevin "Multikulturalizm Azərbaycan xalqına əsrlərdən bəri xas olan dəyərdir" fikrinin Azərbaycan multikulturalizminin elmi-nəzəri əsaslarının öyrənilməsi üçün yetərli qədər səbəb yaratdığını qeyd edən akademik bu istiqamətdə aparılan işlərdən danışıb. Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturaliz Mərkəzinin AMEA-nın dəstəyi ilə hazırladığı "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları", "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları", "Azərbaycan multukulturalizminin siyasi və hüquqi qaynaqları" əsərləri haqqında geniş məlumat verib.
Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB