İsa Həbibbəyli: "Azərbaycanda elmi tədqiqatçılara rəsmi ekspert statusu veriləcək"
Azərbaycanda tədqiqat universitetinin elmi işçiləri dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına və ekspertizasının keçirilməsinə cəlb olunacaqlar. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Elm haqqında" qanunun müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli deyib.
O bildirib ki, Azərbaycanda elmi tədqiqatçılara rəsmi ekspert statusu veriləcək və dövlət proqramlarının hazırlanmasına cəlb olunacaqlar. İ.Həbibbəyli qeyd edib ki, yeni qanunda təklif olunan həmin bəndin müəllifi deputat, hüquqşünas Elşad Həsənovdur: "Elmi işçilərin dövlət proqramlarına cəlb olunması ilə həm elmi işçilər əlavə gəlir əldə edəcək, həm də dövlət müxtəlif proqramların hazırlanmasında digər mütəxəssislər ilə yanaşı, elmi işçilərin fikirlərindən də faydalanacaq. Bu, elmi işçilərin fəaliyyətini də stimullaşdıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB