İlqar Orucov: “İslahatlar əhalinin yaşayış səviyyəsini yüksəltməyə xidmət edir” MÜNASİBƏT
"Cənab Prezident dövlətin dəstəyinə ehtiyacı olan sosial təbəqə kimi həmişə tələbələrin qayğısına qalış, büdcənin imkanları nəzərə alınaraq mütəmadi şəkildə onların təqaüdlərinin artırılması barədə müvafiq sərəncamlar imzalayıb". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyəti məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Cənab Prezident bir qədər bundan öncə hətta qeyri-ənənəvi bir sənəd imzaladı və ilk dəfə olaraq ali məktəblərin ödənişli şöbələrində yüksək müvəffəqiyyət əldə etmiş tələbələrə təqaüdlərin verilməsi həmin sərəncamda əksini tapdı: "Bütün bunlar Cənab Prezidentin həm insan kapitalının inkişafına verdiyi dəyərin göstəricisi, həm ölkənin gələcəyinin etibar ediləcəyi gəncliyin təhsil almalarını stimullaşdırmaq istiqamətində atdığı addım, digər tərəfdən isə bütövlükdə ölkədə həyata keçirdiyi sosial islahatların tərkib hissəsidir".
Prezident İlham Əliyevin dünyada gedən iqtisadi bohran və geriləmənin ölkəmizin iqtisadiyyatına gətirdiyi mənfi təsirlərdən əhalinin qorunması və az zərər çəkməsinə yönəlmiş sosial islahatlarla bağlı hökumətə verdiyi tapşırıqların nəticələri son 10-15 gün ərzində demək olar ki, ölkənin bütün təbəqələrini əhatə edə bildi: "Buraya büdcə təşkilatlarında çalışan insanların əmək haqqlarına, bütün növ pensiya və müavinətlərə, tələbələrin təqaüdlərinə artımlar daxildir. Bütün qeyd olunanlar onu bir daha sübut edir ki, dövlət xalqın problemlərinə həssaslıqla yanaşır, insanların qayğısına qalmaq, sosial müdafiəsini gücləndirmək ölkə rəhbərini düşündürən ən başlıca məsələlərdəndir. Həyata keçirilən siyasi, sosial və iqtisadi islahatlar əhalinin yaşayış səviyyəsini yüksəltməyə xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB