Elvin Aslanov: “Tələbələrimiz onlara göstərilən etimadı doğruldacaqlar” MÜNASİBƏT

Elvin Aslanov: “Tələbələrimiz onlara göstərilən etimadı doğruldacaqlar” MÜNASİBƏT

"Hesab edirəm ki, bu Sərəncam ölkəmizdə tələbələrin ali və orta-ixtisas təhsil müəssisələrində motivasiyalarının yüksəlməsinə və onların peşəkar kadr kimi yetişməsinə çox böyük kömək olacaq". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Tələbələr Birliyinin (ATB) sədri Elvin Aslanov "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətinə münasibət bildirərkən deyib.

O bildirib ki, Cənab Prezident dünən imzaladığı Sərəncamla ölkəmizdə bütün tələbələrə ürəkdən inandığını və ölkəmizin gələcəyinin onlarla bağlı olduğunu göstərdi: "Bütün dünyanı iqtisadi böhran bürüyüb, neft qiymətləri kəskin azalır. Bu bizim iqtisadiyyatımıza təsir edir. Bunu Cənab Prezident də öz çıxışlarında qeyd edir. Cənab Prezidentin bu məqamda tələbələri düşünməsi və belə bir qərar qəbul etməsi, təbiidir ki, biz tələbələrin qarşısında da ciddi vəzifələr qoyur. Ən əsası ölkəmizin gələcəyinə yararlı kadr kimi yetişmək üçün öz təhsilimiz və şəxsi inkişafımız üzərində ciddi çalışmalıyıq. Unutmamalıyıq ki, bizim əsas vəzifələrimizdən biri də dövlətçiliyimizi qorumaq və Azərbaycanın inkişafı üçün səylərimizi əsirgəməməkdir. Mən həm Azərbaycan Tələbələr Birliyi adından, həmçinin, ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan yüz minlərlə tələbə adından cənab Prezidentə təşəkkür edir və əmin etmək istəyirəm ki, tələbələr onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə