TQDK növbəti SAT imtahanını keçirib. İmtahan TQDK-nın Yasamal rayonu Mikayıl Müşfiq 1M ünvanında yerləşən inzibati binasında təşkil olunub və təlimata uyğun keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 31 nəfərdən 4-ü imtahana gəlməyib. 1 nəfər imtahan qaydalarına riayət etmədiyinə görə imtahan zalından uzaqlaşdırılıb. İmtahanın nəticələri fevral ayının 11-də elan olunacaq.
Qeyd edək ki, növbəti SAT imtahanı may ayının 7-də keçiriləcək. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və aprel ayının 8-i saat 09:00-dək davam edəcək.
Qeydiyyatdan keçmək üçün ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür : http://tqdk.gov.az/exam/sat/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB