Şagirdin döyülməsi faktı ilə bağlı Rəsmi açıqlama

Şagirdin döyülməsi faktı ilə bağlı Rəsmi açıqlama

Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb. Bu barədə SİA-ya Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub.

Pedaqoji Şuranın qəbul etdiyi qərarla bağlı əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə