Sabah növbəti imtahan keçiriləcək

Sabah növbəti imtahan keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 23-də növbəti SAT imtahanını keçirəcək. TQDK-dan SİA-ya verilən xəbərə görə, imtahan saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.

İmtahanının nəticələri fevral ayının 11-i imtahan verənlərin "College Board"-un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq. Qeyd edək ki, bu imtahanın nəticəsi köhnə bal şkalası (maksimum bal 2400) ilə hesablanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə