Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən "Gənc İstedadlar" liseyində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
20 Yanvar faciəsinin Azərbaycan xalqının qan yaddaşına yazılmış qəhrəmanlıq salnaməsi olduğunu deyən liseyin direktoru, professor Qasım Hüseynov 20 yanvar gecəsində Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizənin dəhşətlərindən bəhs edib.
Sonra BDU-nun dosenti Nuru Məmmmədov məruzə edib. Tarixçinin maraqlı məruzəsindən məlum olub ki, son arxiv araşdırmalarına görə, yanvar olaylarında əslində 147 respublika vətəndaşı şəhid olub.
Daha sonra liseyin 7A sinif şagirdləri Abbas Cavidan, Ləman İsmayılova və Məsmə Fərhadova 20 Yanvar hadisəsi ilə bağlı şeirlər söyləyiblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB