AU-da imtahan sessiyası uğurla davam edir

AU-da imtahan sessiyası uğurla davam edir

Azərbaycan Universitetində 2015/2016-cı tədris ilinin qış imtahan sessiyası uğurla davam edir. Universitetdə qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb, tələbə və nəzarətçilər imtahan qaydaları ilə tanış edilib.

Sessiyanın təşkili və qedişinə nəzarət etmək, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həll edilməsini təmin etmək məqsədilə "Operativ qərargah" yaradılıb.

Azərbaycan Universitetinin ümumi işlər üzrə prorektoru Ağamalı Ağamalıyev SİA-ya açıqlamasında bildirib ki, imtahanın şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb: "Monitorinq komissiyası və qərargah var. Əgər tələbələrdən kiminsə şikayəti varsa "Operativ qərargah"a müraciət edir və onun şikayətinə baxılır. Beləcə tələbə müəllimin iştirakı ilə birlikdə öz yazısına baxır. Qiymətdə düzəlişə ehtiyac varsa məsələ öz yoluna qoyulur. Müəllimlər çalışırlar ki, hər şeyi tələbənin xeyrinə həll etsinlər. Qərargaha ancaq qiymətlərində 1-2 bal çatmayan tələbələr müraciət edir. Onların orada işlərinə nəzarət olunur və yazıları yoxlanılır. İmtahan sessiyası yanvarın ayının sonların kimi davam edəcək".

Qeyd edək ki, 29 dekabr 2015-ci il tarixində başlayan sessiya, 30 yanvar 2016-cı il tarixində yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə