Təhsil Nazirliyi suallarınızı cavablandıracaq MÜƏLLİMLƏRİN DİQQƏTİNƏ

Təhsil Nazirliyi suallarınızı cavablandıracaq MÜƏLLİMLƏRİN DİQQƏTİNƏ

Təhsil Nazirliyinin "Feysbuk" səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallara cavab veriləcək. SİA-nın məlumatına görə, 14-29 yanvar tarixlərində (iş günləri nəzərə alınmaqla) suallar şərhlər vasitəsilə cavablandırılacaq.

Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək. Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır.

Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə