Yanvarın 12-də Azərbaycan Dillər Universitetində (ADU) təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" müvafiq əmrinə əsasən imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. İmtahanlar regionşünaslıq və beynəlxalq münasibətlər, pedaqoji (ingilis, alman dili) fakültələrində aparılıb.
Qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri, valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, ADU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB