“Magistr” jurnalının 1-ci sayı çapdan çıxıb

“Magistr” jurnalının 1-ci sayı çapdan çıxıb

"Magistr" jurnalının 2016-cı il tarixli 1-ci sayı çapdan çıxıb. Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, jurnalın bu sayında "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları" dərc olunub.

"Magistr" jurnalının 1-ci sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir. Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə model testlər, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul proqramları və digər materiallar isə jurnalın növbəti saylarında dərc olunacaq.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə