Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində yanvarın 19-da ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək.SİA-nın xəbərinə görə, Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, bu, təhsil naziri Mikayıl Cabbarovun "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri"ndə öz əksini tapıb.
Əmrə əsasən, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB