Təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının (RF) Təhsil və Elm Sahəsində Nəzarət üzrə Federal Xidmətinin sədri Sergey Kravtsov və RF-nin Dağıstan Respublikasının təhsil və elm naziri Şaxabas Şaxov ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə M.Cabbarov Azərbaycan ilə Rusiya arasında təhsil sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib, RF-nin təhsil və elm naziri Dmitri Livanovun ötən ilin noyabrında ölkəmizə səfərinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə, eyni zamanda, Azərbaycanda və Rusiyada təhsil sahəsində aparılan islahatlar, bu sahədə əməkdaşlığın genişləndirilməsi, təhsil müəssisələrinə nəzarət və təhsilin müxtəlif səviyyələrində təhsilalanların biliyinin qiymətləndirilməsi istiqamətində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər barədə müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB