Məktəblərdə səyyar qəbullar davam edir

Məktəblərdə səyyar qəbullar davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən yeni tədris ilindən başlayaraq paytaxtın rayonları üzrə müxtəlif məktəblərdə keçirilən səyyar qəbullar davam edir. SİA-nın xəbərinə görə. BŞTİ-dən verilən məlumata əsasən, növbəti səyyar qəbul yanvarın 8-də 49 nömrəli məktəbdə keçiriləcək. Səyyar qəbula Yasamal, Səbail, Qaradağ rayonlarının məktəblərinin, məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllimləri və valideynlər müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10.00–da başlayacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsi BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədini daşıyır.

Məktəblərdə səyyar qəbullar keçirməklə müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən öyrənilir, problemli məsələlər həll edilir, lazımi təşkilati və maarifləndirmə tədbirləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə