Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşəbbüsü, "ASAN xidmət"in təşkilatçılığı və Daxili İşlər Nazirliyinin dəstəyi ilə "Sənədsiz məktəbli qalmasın" sosial aksiyası Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində şəxsiyyət vəsiqələrinin verilməsini davam etdirir. SİA-nın xəbərinə görə, aksiyanın məqsədi şagirdlərin "ASAN xidmət" mərkəzinə gəlmədən, vaxt itkisi olmadan məktəblərdə şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
Qeyd edək ki, "Sənədsiz məktəbli qalmasın" sosial aksiyası ilk dəfə olaraq Sumqayıt şəhərində keçirilib. Aksiya çərçivəsində bu günə kimi Sumqayıtda 2000-ə yaxın, Bakıda isə 1000-dən çox şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Bu aksiyanın ölkənin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB