"Milli valyutamızın məzənnəsinin dəyişməsi hazırda ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqlarına təsir etməyəcək. Təhsil haqlarının artırılması məsələsi gündəmdə deyil". SİA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bu gün nazirlikdə keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, təhsil haqlarının müəyyənləşdirilməsi ali məktəblərin səlahiyyətindədir: "Bu il də daxil olmaqla, bu ilə qədər qəbul olunmuş tələbələrin təhsil haqları hazırkı həddə saxlanılacaq. Yeni tədris ilində təhsil haqlarının artması məsələsinə gələn ilin mart ayında qəbul planı təsdiq edilərkən baxılacaq. Təkliflər də nəzərə alınmaqla yekun qərar veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB