UNEC-də alt qruplarda ödəniş ləğv edilib

UNEC-də alt qruplarda ödəniş ləğv edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sesiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib. Universitetin mətbuat xidməıtindən SİA-ya verilən xəbərə görə, qərar Universitetin Elmi Şurasının iclasında qəbul edilib. Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə