Dekabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Həmkarlar Təşkilatının (THT) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə "31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirildi. Universitetdən SİA-ya verilən xəbərə görə, Bayram tədbirində ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Həmrəylik gününə həsr olunan tədbirdə öncə dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı tələbələrin Azərbaycan Dillər Universitetinin tələbə və müəllim heyətinə olan təbrikləri səsləndi.
Sonra aparıcılar iştirakçılara 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixi haqqında məlumat verdilər. Onlar bu bayramın ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığı bildirdilər. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunduğu da iştiakçıların diqqətinə çatıdırılar. Bu günün əhəmiyyətini qeyd edən aparıcılar dünya azərbaycanlılarını həmrəy olmağa səslədilər.
Yeni ilə həsr olunmuş tədbirdə Dalğa rəqs ansamblı "Naxçıvani" rəqsini, Yapon rəqsi, "Güzgü", vals ifa olundu. Daha sonra Çarlz Dikkensin əsəri əsasında hazırlanmış tamaşa nümayiş olundu. Tamaşa vasitəsilə iştirakçılar müxtəlif ölkələrdə Yeni ilin necə qeyd olunduğunun şahidi oldular. Tələbələrin ifasında mahnılar səsləndirildi.
Sonda ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov universitetin tələbə və müəllim heyətini 31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik etdi, tələbələrə imtahanlarda uğurlar arzuladı. Öz tələbəlik illərini xatırlayan professor Dünyamin Yunusov ADU-da təhsil alan tələbələrlə fəxr etdiyini vurğuladı. O, tələbələrə hər zaman millətimizə xas olan xüsusiyyətləri unutmamağı tövsiyyə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB