Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Koreyanın Sungshin Qadınlar Universitetinin rektoru və həmin universitetin nümayəndə heyəti ilə görüşüb. Universitetdən SİA-ya verilən xəbərə görə, A.Hacıyev BSU-nun tarixi, tədris prosesi və kadr hazırlığı, elmi araşdırmalar, burada fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri, eyni zamanda xarici universitetlərlə əlaqələri barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, BSU-da koreyalı tələbələr təhsil alır. Onlar Qafqazşünaslığı, o cümlədən Azərbaycanşünaslığı öyrənməyə böyük maraq göstərirlər. Rektor BSU-da fəaliyyət göstərən Multikulturalizm kafedrası, universitetin həyata keçirtdiyi mühim layihələr, beynəlxalq konfranslar, habelə BSU-nun Şərqi Avropa, Slavyan ölkələri ilə sıx əməkdaşlığından söz açıb.
Sungshin Qadınlar Universitetinin rektoru Shim Hwajin rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Bildirilib ki, Sungshin Universiteti qadınlardan ibarət böyük tələbə kontingentinə sahibdir. Bakı Slavyan Universitetinin fəaliyyətini yüksək qiymətləndirən qonaq bu ali təhsil müəssisəsi ilə gələcəkdə əməkdaşlıq etməyə maraqlı olduqlarını vurğulayıb.
Sonra Sungshin Qadınlar Universiteti barədə video matreal təqdim olunub. Qonaqlara BSU adından hədiyyələr bağışlanıb. Görüş çərçivəsində nümayəndə heyəti BSU-da fəaliyyət gösətərən tədris və mədəniyyət mərkəzləri ilə yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB