ADU-da təlim keçirilib FOTO

Azərbaycan Dillər Universitetində "ADU Jurnalistika klubu"nun növbəti təlimi keçirilib. Universitetdən SİA-ya verilən xəbvərə görə, təlimi Report İnformasiya Agentliyində fotoredaktor olaraq çalışan Orxan Əzim aparıb. O, "Fotojurnalistika, multimedia qaydaları, müharibə fotoqrafiyası" mövzusu haqqında tələbələrə ətraflı məlumat verib.

"Müharibə fotoqrafiyası" və "Müharibə jurnalistikası" mövzusunda danışan Orxan Əzim bu sahənin digərlərinə nisbətən daha vacib, çətin və məsuliyyətli olduğunu bildirib. O, multimedia qaydalarından danışan zaman "Sovetski"-dən hazırladığı videonu təqdim edib və interaktiv formada keçirilən təlimdə "Multimedia nədir?", "Onu necə hazırlamaq lazımdır?" sualları ətrafında tələbələrə məlumat verib.

Qeyd edək ki, Orxan Əzim Azərbaycan Dövlət Televiziyasında rejissor kimi, ann.az xəbər portalında və Kitabçı jurnalında fotorepartyor kimi çalışıb. BƏƏ-də və Sinqapurda keçirilən sərgidə öz fotolarını nümayiş etdirib, "Oda" teatrında "Köç" adlı ilk fərdi foto sərgisi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə