Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Magistratura və doktorantura fakültəsinin dekanı Zarina Aslanova Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Avropa Şurasının təşkilati və maddi dəstəyi ilə Fransanın Monpelye şəhərində keçirilən "Erasmus+Nizami" adlı layihədə iştirak ediblər. Universitetdən SİA-ya verilən xəbərə görə, Fransa, Almaniya, İspaniya, Türkiyə, İsveç, Çexiya kimi inkişaf etmiş ölkələrin nüfuzlu ali təhsil ocaqlarının da iştirak etdiyi layihədə ölkəmizi təmsil edən universitetlərdən biri də Azərbaycan Dillər Universiteti olub.
Layihə çərçivəsində fakültə dekanı Zarina Aslanova ADU və onun doktorantura strukturu ilə bağlı təqdimatla çıxış edərək müsbət rəy alıb. Belə ki, Z.Aslanova layihənin bütün iclaslarında iştirak edəcək, həmçinin bununla bağlı hesabat verəcək.
Qeyd edək ki, üç il ərzində fəaliyyət göstərəcək bu layihənin əsas məqsədi Azərbaycanda doktorantura sisteminin bərpası və innovativ inkişafına, doktorantura sistemində təhsilin və elmi tədqiqat işinin arasında olan əlaqələrin möhkəmləndirilməsinə yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB