Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər təşkilatları İttifaqının təşkilatçılığı ilə "Hacı Zeynalabdin Şirvani ilə Azərbaycan coğrafiyası olimpiadası" layihəsinin final mərhələsi baş tutub. Layihənin məqsədi tələbələr arasında Azərbaycan coğrafiyasına olan marağın artırılması, coğrafiya sahəsi üzrə yeni biliklərin əldə olunmasından ibarət olub.
SİA xəbər verir ki, yarım final mərhələsi 9 Ali təhsil müəssisəsində keçirilib. Ən yaxşı nəticə göstərən tələbələr arasında hər təhsil müəsissəsindən 2 komanda formalaşıb və onlar öz universitetlərini finalda təmsil ediblər. Olimpiadanın bütün iştirakçılarına sertifikatlar və hədiyyələr verilib. Birinci, ikinci və üçüncü yerlərin sahibləri hədiyyələrlə yanaşı fəxri qonaqlar tərəfindən medal və kuboklrla təltif olunublar.
Qeyd edək ki, 1-ci yer "Storm" komandasının (DİA), 2-ci yer "Tornado" komandasının (DİA)
3-cü yer isə "UNEC" komandasının (ADİU) olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB