Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Bakı Slavyan Universitetində "Dinimiz milli-mənəvi sərvətimizdir" mövzusunda tədbir keçirilib. BSU-dan SİA-ya verilən xəbərə görə, tədbiri açan BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Aygül Hacıyeva tədbirin mahiyyəti barədə söz açıb. Bildirilib ki, multikultural ölkə kimi tanınan Azərbaycanın multikultural dəyərlərinə zərbə vurmaq məqsədi ilə dini pərdə altında təxribat xarakterli hadisələrə şərait yaradılır. Bu da daha çox gənclərimizi öz əhatəsinə ala bilir. Bəzi gənclər təcrübəsizlikləri ucbatından belə təsir altına düşə bilirlər. Son zamanlar Nardaranda baş verən hadisələr buna əyani sübutdur. Sevindirici haldır ki, dövlətimizin ayıq siyasəti nəticəsində bunun qarşısı alınır.
Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev çıxışında "Dinimiz milli-mənəvi sərvətimizdir" layihəsinin mahiyyəti barədə danışaraq qeyd edib ki, layihənin məqsədi yeniyetmə və gəncləri qeyri-ənənnəvi dini cərəyanların təsirindən qorumaq, onların dünyagörüşünü milli ideyalar və ümumbəşəri dəyərlər əsasında formalaşdırmaqdan ibarətdir.
Sonra Nəsimi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pərvanə Kazımzadə, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə, tarixçi alim, Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Əsgər Əhməd, "Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi" İctimai Birliyinin sədri Tofiq Əlizadə müzakirə edilən mövzu ətrafında vacib fikirlər irəli sürərək, ölkəmizdə dövlətin dinə himayədarlığı və Azərbaycanda dövlət-din münasibətlərinin ən yüksək səviyyədə qurulub inkişaf etdiyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB