Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahan saat 10.00-da başlayıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.
Qeyd olunub ki, imtahan prosesi təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB