"Ölkə üzrə icbari təhsili olmayan Azərbaycan vətəndaşlarının 85%-i qızlardır". SİA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, TQDK hər il keçirilən imtahanlardan sonra gender təhlili aparır: "Son 5 ildə qızların ali məktəblərə daxil olma faizi yüksəkdir. Apardığımız təhlilə əsasən ali məktəblərə sənəd verən hər 100 nəfər qızdan 47-si abituriyent olur. Sənəd verənlərin sayında oğlanlar üstün olsa da, həm qəbul olunanlar, həm də yüksək bal toplayan qızlar daha çoxdur. Bu il magistraturaya qəbul olunanların 55%-i, rezidenturaya qəbul olunanların isə 77%-i qızlardır. Əksər hallarda yüksək bal toplasa belə, ödənişsiz təhsilə qəbul ola bilməyən qızlarımızı valideynləri orta ixtisas təhsili məktəblərinə yönləndirirlər. Savadlı qız savadlı və sağlam ailə deməkdir. Qızların təhsil alması həmişə cəmiyyətin diqqət mərkəzində olan məsələdir".
Komitə sədri təəssüflə qeyd edib ki, son günlərdə Nardaranda baş verən hadisələr və azyaşlıların dini-ekstremist qrupların əlində vasitəyə çevrilməsi məhz savadsızlıqdan irəli gəlir: "Təhlillərimiz göstərir ki, 100 Nardaran məktəblisindən ancaq 10 nəfəri 11-ci sinfi bitirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB