Nazir müavini: "Uşaq müəllimdən qorxmamalı, əksinə onu sevməlidir" AÇIQLAMA
"Hər bir məktəbdə şagirdə xüsusi və fərdi yanaşma olmalıdır. Bu da müəllimdən böyük istedad tələb edir". Bu sözləri təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr" mövzusunda Respublika elmi konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, hər bir şəxs müəllim ola bilməz. Nazir müavini qeyd edib ki, bəzən şagirdlərin psixoloji durumları eyni olmur: "Son zamanlar uşaqlar və gənclər arasında intihar hallarının yayılması bizi çox narahat edir. Maraqlıdır ki, niyə bu hallar çoxalır? Bəlkə bizdə onlara qarşı biganəlik var?! Biz bəlkə də vaxtında onların problemlərini görmürük?! Dərs zamanı hər bir şagirdə diqqət yetirmək lazımdır. Kiminsə gözündən yaş gələ bilər, qəmli, həyəcanlı və s. ola bilər. Müəllim onlarla maraqlanmalıdır. Bütün məktəb heyəti buna diqqət etməlidir. Hər bir müəllim psixoloq olmalıdır. Əgər bunları görsə, bəlkə də vaxtında intihar halının qarşısı alına bilər".
O bildirib ki, müəllim uşaqları sevməlidir: "Uşaq müəllimdən qorxmamalı, əksinə onu sevməlidir. Şagir öz problemini müəllimi ilə bölüşməyə maraqlı olmalıdır. Təhsildə işləyənlər bu sahəyə qazanc mənbəyi kimi baxmağı yaddan çıxartmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB