Qulu Novruzov: "Uğur açarı müəllimlərin keyfiyyətinin artırılmasıdır" AÇIQLAMA

Qulu Novruzov: "Uğur açarı müəllimlərin keyfiyyətinin artırılmasıdır" AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı mühim işlər həyata keçirilir. Hazırda mütəxəssislər 12 illik təhsilin məzmunu və stansdartları üzərində çalışılar. Bununla bağlı bu gün Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, instituta 12 illik təhsillə bağlı dövlət strategiyası çərçivəsində nəzərdə tutulan tapşırıqlar verilib: "12 illik təhsilin ilkin standartlarının layihəsi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub. Hazırda fənnlərin inteqrasiyası barədə müzakirələr aparılır. Bu gün Azərbaycanda tədris olunan fənnlərin sayı qabaqcıl ölkələrlə müqayisədə kifayət qədər çoxdur. İnteqrasiya təhsilin inkişafında qaçılmaz yoldur. Biz də bu istiqamətdə addımlamalıyıq".

Direktor qeyd edib ki, strategiyada nəzərdə tutulan əsas məsələlər təhsilin məzmununun dəyişdirilməsi, yeni keyfiyyətdə təhsil verənlərin hazırlanması, idarəetmənin fərqli olması, təhsilin maliyyələşdirilməsidir.

"Bu gün təhsildə müşahidələr və dayaz təhlillərlə proqnozlar vermək, strategiya müəyyənləşdirmək mümkün deyil. Strategiyada uğur açarı müəllimlərin keyfiyyətinin artırılmasıdır. Əgər müəllimlər dövlətin, Təhsil Nazirliyinin təhsil siyasətini dərk edə bilməyəcəksə, bu strategiyanın uğurla gerçəkləşdirilməsinda ciddi problemlər yaranacaq"- deyə, Q. Novruzov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə