Azərbaycan Dillər Universitetinin II kurs "SABAH" qrupu tələbələri Qobustan Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər. ADU-dan SİA-ya verilən xəbərə görə, ekskursiyanın məqsədi Azərbaycanın tarixi əhəmiyyətə malik maddi mədəniyyət nümunəsi olan "Qobustan" abidələri ilə yaxından tanış olmaq olub. Amerikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın öz xanımı ilə birlikdə eyni gündə Qobustana gəlməsi bu ekskursiyanı tələbələr üçün unudulmaz edib. Muzeydəki tarixi ekspanatlarla tanış olan tələbələrə və qonaqlara ekskursiya zamanı "Qobustan" muzeyinin bələdçisi bu maddi mədəniyyət nümunəsi haqqında ingilis dilində ətraflı məlumatlar verib.
Ekspanatlar və onların hansı dövrə aid olması barədə məlumatlar tələbələrin, o cümlədən qonaqların nəzərinə çatdırılıb, eyni zamanda tələbələri maraqlandıran suallar bələdçi tərəfindən ətraflı cavablandırılıb.
Sonda bütün ekskursiya boyu bir-birlərini müşayət etmiş tələbələr, Amerika səfiri və xanımı birlikdə xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB