"Azərbaycanda "Təhsil haqqında" qanun layihəsi çox təkmil şəkildə hazırlanıb. Qanuna təklif olunan dəyişikliyə görə, bir sıra sahələr üzrə magistr hazırlığına məhdudiyyətin aradan qaldırılması isə gözləniləndir". Bu fikirləri deputat Şəmsəddin Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Təhsil haqqında" qanun layihəsinə dəyişiklik edilməsi haqda danışarkən deyib. O, "Təhsil haqqında" qanun layihəsinin ölkə başçısı tərəfindən 2009-cu ildə təsdiq olunduğunu qeyd edib. Bildirib ki, bu günədək sözügedən qanun layihəsinə artıq üçüncü dəfədir ki, dəyişiklik edilir.
"Təhsil haqqında" Qanun mükəmməl hazırlanıb və öz aktuallığını hələ 5-10 il saxlayacaq. Həyat dəyişir, hər şey inkişaf edir, qarşıya yeni tələblər qoyulur. Buna müvafiq də qanunvericilik fəaliyyətində qanunlara müəyyən dəyişikliyin edilməsi olduqca labüddür" - deyə, millət vəkili əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB