Elm və təhsil komitəsinin iş planı hazırlanıb

Elm və təhsil komitəsinin iş planı hazırlanıb

Milli Məclisin Elm və təhsil komitəsinin 2016-cı ilin yaz sessiyası üçün iş planı hazırlanıb. SİA-nın məlumatına görə, bu haqda sözügedən komitənin bu gün keçirilən iclasında məlumat verilib. Bildirilib ki, iş planına "Elm haqqında" qanun layihəsi, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanmasının təşkili, Ümumi təhsil, İlk peşə-ixtisas təhsili, Orta ixtisas təhsili və Ali təhsil haqqında qanun layihələrinin hazırlanması üçün işçi qruplarının yaradılması, komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi və komitələrin iclaslarında iştirak, komitədə qəbul olunmuş qanunlar, qərarlar və s. barədə KİV-ə məlumat verilməsi, komitə üzvlərinin ölkə, beynəlxalq və digər tədbirlərdə iştirakı, komitənin gördüyü işlərə dair hesabatın və digər sənədlərin hazırlanması və komitədə müzakirəsi daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə