Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları"nda dəyişikliklər edib. SİA-nın xəbərinə görə, dekabrdan qüvvəyə minən dəyişikliklər rezidentura səviyyəsi üzrə ixtisaslarl ilə bağlıdır. Dəyişikliyə əsasən baza ali tibb təhsili səviyyəsində "Müalicə işi, pediatriya", "Stomatologiya", "Tibbi-biologiya" və "Tibbi-profilaktika" istiqamətləri (fakültələri) üzrə yeni baza fənn "Histologiya" fənni tədris olunacaq. Histologiya orqanizmi təşkil edən toxumaların morfoloji - funksional xüsusiyyətlərini öyrənir. Xüsusi histologiya yaxud mikroskopiki anatomiya ayrı-ayrı orqanların mikroskopiki quruluşunu öyrənir.
Baza ali tibb təhsili səviyyəsində "Müalicə işi, pediatriya" və "Stomatologiya" istiqamətləri (fakültələri) üzrə baza fənlərdən ikisi "Patoloji anatomiya" və "Patoloji fiziologiya" fənləri isə birləşdirilib və bu istiqamətlər üzrə bir fənn -"Patologiya" fənni tədris olunacaq. Müvafiq olaraq baza ali tibb təhsili səviyyəsində "Tibbi-biologiya" və "Tibbi-profilaktika" istiqamətləri (fakültələri) üzrə tədris edilən "Patoloji fiziologiya" fənni isə "Patologiya" fənni ilə əvəz edilib.
Baza ali tibb təhsili səviyyəsində "Tibbi-biologiya" və "Tibbi-profilaktika" istiqamətləri (fakültələri) üzrə baza fənləri sırasına "İnsan anatomiyası" fənni də əlavə edilib. Baza ali tibb təhsili səviyyəsində "Tibbi-profilaktika" istiqaməti (fakültəsi) üzrə tədris edilən baza fənləri də artırılıb, bu sıraya "Farmakologiya" fənni əlavə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB