Mübariz Qurbanlı: "Azərbaycanda ödənişsiz dini təhsil almaqla bağlı təkliflər üzərində iş gedir"

Mübariz Qurbanlı: "Azərbaycanda ödənişsiz dini təhsil almaqla bağlı təkliflər üzərində iş gedir"

"İslam dinində tarixən bayraqlar ancaq döyüşlərdə istifadə olunub. Bu bayraqların rəngi isə yaşıl olub. Yaşıl rəng də Azərbaycan bayrağında əks olunub". Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə danışarkən deyib. SİA-nın məlumatına görə, o bildirib ki, hazırda Azərbaycandan kənarda dini təhsil alan şəxslərin sayı artır: "Bunun qarşısını almaq üçün hazırda Azərbaycanda ödənişsiz dini təhsil almaqla bağlı təkliflər üzərində iş gedir. Hər hansı 17-18 yaşlı insan xaricə gedib 6-7 il dini təhsil alır və həmin ölkənin dini qaydalarını qəbul edir. Həmin adam Azərbaycana gələndən sonra öz öyrəndiyini tətbiq etməyə çalışır. Bu cür hallar keçmişdə çox olub".

Komitə sədri təklif edib ki, qanunun müvafiq bəndində "dini bayraqlar" əvəzinə, "dini mərkəzlər və ibadət yerlərində Azərbaycan bayrağından başqa digər bayraqların asılmasına icazə verilmir" sözləri əks olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə