BANM tələbəsinin layihəsi təqdim olundu FOTOLAR

BANM tələbəsinin layihəsi təqdim olundu FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının 2-ci kurs tələbəsi Pakizə Paşayevanın "I can or I must" (Mən bacara bilərəm və ya mən etməliyəm) adlı layihəsinin açılış mərasiminə həsr olunmuş tədbir keçirilib. BANM-ın ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, layihə iştirakçıları və BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının 2-ci kurs tələbələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Pakizə Paşayeva müəllifi olduğu layihə haqqında məlumat verərək layihənin məqsədini açıqladı. O, gənclərin hərtərəfli inkişafının təmin olunması üçün Azərbaycanda siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasından söz açdı. Təhsil aldığı Bakı Ali Neft Məktəbində gənclərin təşəbbüslərinin dəstəkləndiyi vurğulayaraq layihənin reallaşmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə