ADU tələbələri qalib oldu FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Vətənpərvərlər" departamenti I yerə layiq görülüb. ADU-dan SİA-ya verilən xəbərə görə, belə ki, "SAF həyat naminə" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği" mövzusunda universitetlərarası yarış keçirilib. Yarışda ADU-nu universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Vətənpərvərlər" departamenti təmsil edib. Respublikanın beş müxtəlif ali təhsil müəssisəsinin iştirak etdiyi yarışda hər universitet özünün hazırladığı videoçarxı təqdim edib. ADU "Vətənpərvərləri"nin hazırladıqları videoçarx I yerə layiq görülüb. Komanda müxtəlif hədiyyələr, təşəkkürnamə, o cümlədən yarışda birinciliyi təsbit edən "Çempion kuboku" ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə