Təhsil Nazirliyi noyabrın 28 və 29-da Xaçmaz rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsini aparır. SİA-nın məlumatına görə, diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edir.
Nazirlikdən bildirilib ki, imtahanda 2300-dən çox müəllimin iştirakı nəzərdə tutulur. İmtihan Xaçmaz Olimpiya Bina Kompleksində keçirilir. Bu gün və sabah keçirilən imtahan saat 08:00-dan başlayıb axşam 17:00-ə qədər davam edəcək. Müəllimlər 40-ı ixtisas, 20-i metodik suallar olmaqla 60 sualı cavablandıracaqlar.
Qeyd edək ki, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdi ki, bu ilin sonuna qədər dianqostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları 2016-ci ilin yanvarın 1-dən artırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB