Təhsil Nazirliyində görüş

Noyabrın 24-də təhsil naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım üzrə koordinatoru Alina Romanovskini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında həyata keçirilmiş təhsil üzrə əməkdaşlıq proqramlarının Azərbaycan Respublikasının qəbul etdiyi prioritet istiqamətlərə uyğunlaşdırılması məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə