Mikayıl Cabbarov Xair bin Məhəmməd Yusifi qəbul edib

Mikayıl Cabbarov Xair bin Məhəmməd Yusifi qəbul edib

Noyabrın 24-də təhsil naziri Mikayıl Cabbarov Malayziya Federasiyasının Təhsil Nazirliyinin Baş direktoru Xair bin Məhəmməd Yusifi qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Mikayıl Cabbarov ölkəmiz üçün Malayziya təcrübəsinin öyrənilməsinin önəmini nəzərə çatdırıb.

Hər iki tərəf təhsil üzrə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsinin vacibliyini bildirib və gələcəkdə təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə