23 noyabr 2015-ci il tarixində 2016 – 2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər.
Seminar iştirakçıları statistik göstəricilər əsasında hazırlanmış 2015-ci ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində istifadə olunmuş xarici dillər üzrə test tapşırıqlarının elmi-metodiki təhlilinə aid təqdimatın davamı ilə tanış olublar. Bakalavrların ayrı-ayrı xarici dillər üzrə 2014-cü və 2015-ci illərdə imtahanlarda əldə etdikləri nəticələr müqayisəli şəkildə təhlil olunub. Cari ildə Azərbaycan bölməsinin bakalavrlarının rus dilindən, rus bölməsinin bakalavrlarının isə ingilis dilindən imtahan nəticələrinin daha yüksək olması, fransız dili istisna olmaqla, digər xarici dillər üzrə imtahan nəticələrinin ötən ildəkinə nisbətən bir qədər yaxşılaşması vurğulanıb.
Rus dilindən bakalavrlara təqdim olunmuş test tapşırıqlarının statistik göstəricilər əsasında hazırlanmış elmi-metodiki təhlili seminar iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Bakalavrların cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları və onların yol verdikləri səhvlərin səbəbləri barəsində fikir mübadiləsi aparılmışdır. Seminar iştirakçıları təqdim edilən test tapşırıqları və ümumilikdə bakalavrların xarici dil üzrə hazırlıq səviyyəsi haqqında fikir və mülahizələrini bildiriblər.
Səslənən təkliflərin xarici dillər üzrə mövcud test banklarının təftişi və təkmilləşdirilməsi, həmçinin yeni test tapşırıqlarının tərtibi və ekspertizası zamanı nəzərə alınması məqsədəmüvafiq hesab edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB