BDU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi (THIK) və "Təbiət Dostları" Gənclər Təşkilatının birgə təşkilatşılığı ilə "Ətraf mühitin mühafizəsi" mövzusunda təlim keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan BDU Tələbə Həmkarlar İttifaqının sədr-müavini Eltac Cəbiyev tələbələri universitetdə ekologiya mövzularında keçirilən tədbir və layihələr haqqında məlumatlandırıb.
Ekologiya fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Nəzmi Cəfərli keçirilən təlim haqqında geniş informasiya verərək tələbələri gələcək layihələrdə aktiv olmağa səsləyib.
"Təbiət Dostları" Gənclər Təşkilatının nümayəndələri Elşən Nuriyev, Mirvari Yolçuyeva və Rövşən Allahverdiyev mövzu ilə bağlı təlim keçiblər.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB