"Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə, Şəmkir, Samux, Göygöl, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan şagirdlərin bir qrupu layihə üzrə tərtib olunan səfər proqramına uyğun olaraq Astara rayonunda olublar. SİA-nın Cənub bürosunun məlumatına görə, məktəbliləri Heydər Əliyev parkında rayonun rəhbər işçiləri, müəllimlər, ictimaiyyət nümayəndələri mehribanlıqla qarşılayıblar.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova tur-aksiya iştirakçılarını salamlayaraq ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlərdən söhbət açıb, cənab Prezidentin bilavasitə tapşırığı əsasında həyata keçirilən tur-aksiyanın əhəmiyyətini bir daha diqqətə çatdırıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində rayonda görülmüş işlər və aparılmış abadlıq-quruculuq işləri haqqında şagirdlərə ətraflı məlumat verilib.
Tur-aksiya iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərlə tanış olublar. Mərkəzdə onlara dahi şəxsiyyətin irsi haqqında ətraflı məlumat verilib.
Məktəblilər rayon Tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən eksponatlara və fotoşəkillərə baxış keçirib, "Astaraçay" MMC-də yaradılmış muzeylə tanış olublar.
Sonra şagirdlər Park-bulvara gələrək burada yaradılmış şəraitlə yaxından tanış olmuş, "Yanar bulaq", rayonun təbiət mənzərələri və görməli yerlərini seyr ediblər.

Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB