Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Siqaretdən imtina" günləri keçirilir. Universitetdən SİA-ya verilən xəbərə görə, "İqtisadçı Gənclər Akademiyası" İctimai Birliyi ilə Tələbə Gənclər Təşkilatının birlikdə təşkil etdiyi "Siqaretdən imtina" günləri çəçivəsində universitetin professor-müəlim heyəti, tələbə, magistrant, doktorantları və bütün əməkdaşları xüsusi hazırlanan lövhənin qarşısında çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə #nefesiniqoru şiqareteyox #tustusuzheyat şmokekillsus şaveurlungs #nosmokeyeslove həştəqləri ilə paylaşacaqlar. Siqaretsiz həyatı təbliğ etmək üçün şəkillərdə hər kəsin pozitiv görünməsi şərtlərdən biridir.
Eyni zamanda tələbələr "Siqaretdən imtina" günü çərçivəsində video rolik hazırlayıblar. Videorolikdə siqaretin zərərlərindən bəhs edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB