Noyabrın 16-da səhər tezdən Lənkəran şəhərindəki Heydər Əliyev Parkının qarşısında böyük canlanma vardı. Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlər "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində "Lənkəran-Gəncə-Şəmkir-Göygöl" marşurutu üzrə tur-aksiyanın iştirakçılarını yola salmağa toplaşmışdılar. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun ümumtəhsil məktəblərinin 35 nəfər IX, XI sinif şagirdi və onların müəllimləri dörd gün ərzində Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarix və mədəniyyət abidələrinə, rayonun gorməli yerlərinə səyahət edəcək, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olcaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.

Tur-aksiyanın iştirakçılarını yolasalma mərasimdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva, valideynlər və şəhər sakinləri məktəblilərə yaxı yol arzulayaraq ölkəmizi daha yaxından tanımaq üçün məktəblilər üçün yaradılan şəratiə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin XI sinif şagirdi Firüzə İbrahimova, valideyn, Darquba kənd sakini Mais Kazımov və başqaları çıxış edərək şagirdlərin istirahətinin mənalı təşkil edilməsi üçün göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə edibilər.
Lənkəran-Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə hərəkət edən avtobus alqış sədaları altında yola salınıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB