12 noyabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə "Reproduktiv sağlamlıq" adlı tədbir keçirildi. ADU-dan SİA-ya verilən xəbərə görə, tədbirdə Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, kafedranın əməkdaşları, "Sağlam ailə" tibb mərkəzinin əməkdaşı Aytac Kərimova və tələbələr iştirak edirdi.
Mütəmadi olaraq kafedranın təşkilatçılığı ilə sağlamlıqla bağlı maarifləndirici tədbirlərin, dəyirmi masaların, görüşlərin keçirildiyini deyən dosent Sevda Zamanova qonağı universitetdə görməkdən şad olduğunu bildirdi və onu tələbələrə təqdim etdi.
Daha sonra Aytac Kərimova tələbələrə "Nigah öncəsi müayinəyə daxil olan müayinələr hansılardır?" mövzusunda təqdimatla çıxış etdi. O, tələbələrə qanın kliniki analizi, talassemiyanın ümumi klinikası, sidiyin kliniki analizi, döş qəfəsinin rentgen müayinəsi, ultrasəs müayinəsi haqqında ətraflı məlumat verdi. Hepatit B və C, Siflis, İİV (HİV) xəstəlikləri barədə danışan A. Kərimova onlara yoluxma yolları, qorunma metodlarından söz açdı. O, qan qrupları və RH uyğunluğundan bəhs edərək cinsi yolla yoluxan infeskiyalar haqqında məlumatı tələbələrin diqqətinə çatdırdı. Aytac Kərimova bütün müayinələrdən sonra əldə olunan nəticələrlə birlikdə həkim konsultasiyasından keçməyin vacibliyindən danışdı.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB