Təhsil Nazirliyi mətbuat konfransı keçirir YENİLƏNİR

Təhsil Nazirliyi mətbuat konfransı keçirir YENİLƏNİR

"Bu günə qədər ancaq dövlət sifarişi əsasında oxuyan tələbələr təqaüd alırdı. Bundan sonra isə ödənişli əsaslarla təhsil alanlar da təqaüd ala biləcək. Buraya həm özəl, həm də dövlət ali təhsil müəssisələri daxildir". SİA xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin elm və təhsil şöbəsinin "Tələbələrə dəstək və mübadilə proqramları" sektorunun müdiri Sülhəddin Gözəlov Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tələbələr I semestrdən sonra göstərdikləri nəticələrə uyğun təqaüd ala biləcəklər: "Təqaüdlərin həddi müəyyənləşib. İxtisas üzrə oxuyanların hansı bala uyğun akademik nəticə göstərməsinə görə təqaüdlərin həcmi bəllidir. Əvvəlki illərdə olduğu kimi aşağı nəticə göstərən tələbələr heç bir təqaüd almayacaq. Bundan sonra da nəticə belə olacaq".

Nazirliyin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov isə deyib ki, yalnız TQDK-nın keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək dövlət sifarişi əsasında oxuyan tələbələr I semestrdə təqaüdlərini alacaqlar: "Digər tələbələr isə I semestrdən sonra yeni qaydalar əsasında təqüdlərini ala biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə