Frankofoniya Universitetlər Agentliyinin (L'Agence universitaire de la Francophonie) üzrə direktoru Fabien Flori Azərbaycan Dillər Universitetində (ADU) olub. Universitetdən SİA-ya verilən xəbərə görə, öncə ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov qonağı qəbul edib. Universitet haqqında ətraflı məlumat verən prorektor fransız dilinin Azərbaycanda ənənəvi olaraq ADU-da tədris olunan dillər arasında ən seçilən olduğunu və bu gün də adıçəkilən ali təhsil müəssisəsində Fransız dili müəllimliyi, Fransız dili, Tərcümə, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində Fransaşünaslıq ixtisasının mövcud olduğunu qonağın diqqətinə çatdırıb.
Sonra qonaq universitet ilə yaxından tanış olub. ADU-nun Filologiya və Jurnalistika, Pedaqoji (ingilis dili-fransız dili) və Tərcümə fakültələrinin dekanları ilə görüşüb. Dekanlar təmsil etdikləri fakültələr haqqında ətraflı məlumat verərək, ixtisaslaşma üzrə istiqamətlər, fransız dili üzrə təhsil alan tələbələrin sayı və dekanlığın digər fəaliyyətlərindən danışıblar.
Qonaq, həmçinin universitetin Fransız dili kafedrası ilə də tanış oldu. Professor-müəllim heyəti kafedranın fəaliyyəti və fransız dili üzrə tədris olunan fənlər haqqında məlumat veriblər.
Daha sonra Fabien Flori universitetdə fəaliyyət göstərən Jorj Sand adına Fransa məlumat mərkəzi ilə yaxından tanış oldu və III kurs tələbələrinin dərsində iştirak etdi. O, tələbələrə təşkilat haqqında ətraflı məlumat verdi. Qonaq, o cümlədən Frankofoniya Universitetlər Agentliyinə müraciət etmə proseduru haqqında danışdı.
Qeyd edək ki, ADU 2015-ci ilin may ayından Frankofoniya Universitetlər Agentliyi (L'Agence universitaire de la Francophonie) təşkilatının üzvüdür. Bununla yanaşı Frankofoniya Universitetlər Agentliyinin ADU-da açılması da gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB